Nazir \

Nazir \"AzInTelecom\" a yeni rəhbər təyin etdi

Hazırda oxunan: Nazir \"AzInTelecom\" a yeni rəhbər təyin etdi

11316

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-yə yeni rəhbər təyin olunub.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, nazir Rəşad Nəbiyevin əmri ilə Tağı Tağızadə "AzInTelecom" MMC-nin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən təyin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Nazir Tağı Tağı-zadəni yüksək vəzifəyə təyin etdi


Tağı Tağızadə daha öncə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Tağızadə Tağı Xalid oğlu 2 oktyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb.

2012-2013-cü illərdə ABŞ-ın Berkli Kaliforniya Universitetində Biznes hüququ üzrə magistr dərəcəsinə yiyələnib.

15 sentyabr 2016-cı ildən 2018-ci ilə qədər "İnnovasiyalar Mərkəzi" MMC-nin direktor müavini, 2018-ci ildən etibarən direktoru işləyib.

 
Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO