“Azərpoçt”da korrupsiya: Qadın məmur həbs edildi

“Azərpoçt”da korrupsiya: Qadın məmur həbs edildi

Hazırda oxunan: “Azərpoçt”da korrupsiya: Qadın məmur həbs edildi

11308

Bakı Ağır Cinayətlər Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-nin 5 saylı Poçt Filialının 81 saylı poçt şöbəsinin rəisi Sücayət Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Azad Məcidovun sədrlik etdiyi iclasda hökm oxunub.
 

MÖVZU İLƏ BAĞLI:

“AzərPoçt” niyə innovativ ola bilmir? - Özəlləşdirməyə ehtiyac var


Hökmə əsasən, S.Ələkbərova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs olunub.

S.Ələkbərova işlədiyi poçt şöbəsində külli miqdarda mənimsəmə və yəzifə saxtakarlığında təqsirli bilinib.

İttihama görə, poçt şöbəsində audit yoxlaması zamanı kassada 25 398 manat və 16 000 ABŞ dolları məbləğində, ümumilikdə 52 598 manat pul vəsaitinin çatışmadığı aşkar edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlıəğı) maddəsi ilə ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO