Samuxda küllü miqdarda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Samux rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Xanlar Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman əlindəki torbadan 8 bükümdə ümumi çəkisi 8 kq 412 qram olan qurudulmuş marixuana və 1 bükümdə çəkisi 1 kq 135 qram olan heroin aşkarlanıb.
Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri tanımadığı şəxsdən satmaq məqsədilə aldığını bildirib. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:44 / 04.01.2023
Samux sakinindən 10 kiloqrama yaxın narkotik vasitə GÖTÜRÜLDÜ
Hazırda oxunan: Samux sakinindən 10 kiloqrama yaxın narkotik vasitə GÖTÜRÜLDÜ
Hazırda oxunan: Samux sakinindən 10 kiloqrama yaxın narkotik vasitə GÖTÜRÜLDÜ
113046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.