"Uşaq pamperslərini nə qədər reklam etmək olar axı?!"

Hazırda oxunan: "Uşaq pamperslərini nə qədər reklam etmək olar axı?!"

113019
“Reklam haqqında”x9d Qanunun 10.1 maddəsində deyilir: Sosial reklam - insanların şüurunda ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətinin cəmiyyətdəki sosial məsələlərə, mədəni irsi qorumağa cəlb edilməsinə yönəlmiş, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan qeyri-kommersiya xarakterli məlumatdır.

Maddə 10.5-ə görə, mülkiyyət formasından asılı olmayaraq, hər bir reklam yayıcısı televiziya və radio yayımı zamanı reklam üçün ayrılan efir vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin ən azı səkkiz faizini sosial reklam üçün ayırmağa borcludur. Sosial reklam efirdə məzmununa uyğun olaraq saat 9.00-dan 00.00-a qədər olan müddət ərzində yayımlanmalıdır.

Maddə 10.6-a görə, televiziya və radioda yayımlanan sosial reklamın müddəti reklam üçün ayrılan ümumi efir vaxtına daxil edilmir.

Bəs Azərbaycan telekanalları qanunun tələblərinə necə əməl edirlər?xa0

Mövzu ilə bağlı suallarımızı “Azərbaycan Reklamçılar İttifaqı”x9d İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Etibar Əbdülqasımov cavablandırır.

- Etibar bəy, deməli, qanunda yetərincə, aydın şəkildə sosial reklamla bağlı bütün məlumatlar var. Bəs belə olan halda niyə efirlərdə, küçələrdə bu cür reklamlara çox az hallarda rast gəlirik?xa0

- Bizdə sosial reklamlar sadəcə reklam xatirinə çəkilmiş reklamlardır. Təəssüf ki, bu gün bizdə daha çox şou reklamları nümayiş olunur. Sosial reklamlar gəlirsiz sahə olduğu üçün Kütləvi İnformasiya Vasitələri və məkan reklamı sahəsində çalışanların bu sahəyə maraqları yoxdur. Belə olan halda isə sosial reklamdan danışmaq yersizdir. xa0

Sosial reklam hazırlamaq və yerləşdirmək üçün maraq, istək, millət, Vətən sevgisi olmalıdır. Məsələn, Türkiyə, Yaponiya, Rusiya kimi inkişaf etmiş ölkələrdə sosial reklamlara çox geniş yer verilir. Bu da səbəbsiz deyil, çünki onlarda daha çox yerli məhsullar reklam olunur və bu məhsulları istehsal edən şirkətlər də sosial reklamların verilməsində maraqlıdırlar. Bizdə isə hansı kanalı açırsan uşaq pampersləri reklam olunur”¦ Nə qədər uşaq pamperslərini reklam etmək olar axı?! Xaricdən gətirilən məhsulları reklam edərək, insanların başını qatırlar. Biz xarici məhsulların reklamına ümid etməməliyik. Bu məsələ kökündən işlənməlidir. Bir az da bu sahədə inhisarçılıq var, bu da aradan götürülməlidir.

- Sosial reklamın gücünü nədə görürsünüz?


- Sosial reklam çox güclü bir formadır, onunla bir dağı da yerindən tərpətmək olar. Bu gün ağac əkmək, heyvanları, təbiəti qorumaq, elektrik vasitələrindən istifadə, yanğınla mübarizə və sairə bu kimi məsələlərlə bağlı reklamlar hazırlanmalıdır ki, insanlarda müsbətə doğru fikirlər formalaşsın. Hər gün müxtəlif qəzalar nəticəsində insanlar dünyasını dəyişir, bu fəlakətlərin baş verməsinin bir və əsas səbəbi də onların məlumatlı olmamalarıdır. Ona görə də, dediyim mövzularla bağlı sosial reklamlar hazırlanmalıdır ki, elektrik, qaz, nəqliyyat və sairə vasitələrlə davranış qaydaları insanların yaddaşına həkk olunsun. Bu cür reklamlarla bir çox problemi həll etmək olar.xa0


Bildiyiniz kimi, təkçə Bakı şəhərində üc mindən çox böyük və kiçik ölçülü reklam konstruksiyası var. Onların içərisində heç 1% də sosial reklam yoxdur. Misal olaraq onu deyim ki, 1999-2002-ci illərdə Bakı şəhərində əlliyə yaxın böyük və kiçik ölçülü sosial reklamlar yerləşdirilmişdir. Bunlar içində “Narkomaniyaya qarşı mübarizə”x9d, “Uşaqlar bizim gələcəyimizdir”x9d, “SPİD ”“ ölümlə üz-üzə”x9d və s. mövzularda reklamlar var idi. İndi isə bu cür reklamlara rast gəlinmir!xa0


Axşam saat 22-dən sonra Türkiyənin, demək olar ki, bütün telekanalları sosial reklamlara yer ayırır. Bəs bizim ölkə telekanalları və məkanlarda niyə sosial reklamlara rast gəlinmir? Sosial reklamlar ictimaiyyət üçün nəzərdə tutulmuş reklamlardır. Hesab edirəm ki, onlar hər zaman olmalıdır, çünki cəmiyyətin xeyrinə xidmət edir bu reklamlar.


- Yaxşı reklam istehsalçısı seçimini etmək çox çətindir. Bu günkü reklamçılarımızın təcrübəsi sizi qane edirmi?

- Yaxşı reklam üçün yeni ideyalar, fikirlər istehsal edən mütəxəssislərə ehtiyac var. Çünki nə qədər keyfiyyətli texnika olsa da, əgər ideya yaxşı deyilsə, istənilən fikir cəmiyyətə çatmayacaq. Bu sahədə güclü mütəxəssislərin olmaması məni narahat edir. Reklam işi üçün yaxşı mütəxəssislər olmalıdır. Lakin təəssüflə qeyd edim ki, bu gün bizdə bu sahə ilə məşğul ola biləcək mütəxəssis demək olar ki, yoxdur. Hər yerindən qalxan reklamla məşğul olduğunu deyir, amma bu o demək deyil ki, o, reklamçıdır. Reklamçı olmaq üçün gərək dünyanı gəzəsən, dünya reklam bazarı ilə tanış olasan, reklam hazırlamağı, onun yayılmasının yollarını biləsən. Televiziya, qəzet, radio, küçə, nəqliyyat, poçt və sairə müxtəlif vasitələr var ki, bu vasitələrlə reklamı insanlara çatdırmağı bacarmaq lazımdır sadəcə. Bunlardan ən asan variantı poçtdur ki, bunun üçün də istədiyin məlumatı bir mətbəədə çap edirsən, sonra da poçtla evlərə göndərirsən. İnsanlar da alır, baxır və yadında qalır ki, məsələn, hansısa qəzanın, xəstəliyin və ya başqa xoşagəlməz hadisələrin baş verməməsi üçün nələr etmək lazımdır. Amma indi heç bu vasitədən də istifadə edilmir.

- Bugünkü ümumi reklam bazarındakı maliyyə vəziyyəti haqda nə deyə bilərsiniz?xa0

- “Reklam haqqında”x9d Qanunda bu məsələnin də həlli göstərilmişdir. Reklam, həmçinin, vəsait də deməkdir. Qanunda da göstərilib ki, reklam şirkətləri, agentliklər və başqa reklam verənlərin hazırladıqları reklamın 8%-ni sosial reklamlar təşkil etməlidir. İndi, bir tərəfdən, bunların, eləcə də daxili reklamın olmadığı üçün, digər tərəfdən isə daxili inhisarçılığın mövcudluğu səbəbindən xa0sosial reklamlara da maraq yoxdur. Müvafiq nazirliklər bu sahəyə müəyyən vəsait ayırmalıdırlar ki, reklam şirkətləri, yayıcıları da işləsinlər. Bu, bir sistemdir, əgər bu sistem qurulmazsa, bizim danışdıqlarımız da, qanun da öz mənasını itirmiş olur. Sosial reklamların hazırlanması üçün xüsusi bir komitənin yaranmasına ehtiyac var. Bu Komitə həm dövlət, həm də ictimai təşkilatları bir yerə toplayıb onları xa0işlədə bilsin. Ümumi reklam bazarındakı maliyyə vəziyyətinə gəlincə isə deyim ki, bu gün bizdə reklam bazarı demək olar ki, yox dərəcəsindədir. “Azərbaycan Reklamçılar İttifaqı”x9d İctimai Birliyinin apardığı monitorinqlər nəticəsində müəyyən qanun qozuntuları aşkarlanıb. Buna misal olaraq onu göstərə bilərəm ki, məkan reklamlarından yığılan vəsaitin əsas hissəsi dövlət büdcəsindən yayındırılır. Belə hallar da, təbii ki, korrupsiyaya və qanun pozuntusuna gətirib çıxarır.

- Sizcə sosial reklamlara marağı necə artırmaq olar?

- Bu sahəyə marağın artırılması üçün birinci növbədə dövlət səviyyəsində buna marağın olması vacibdir. Dövlət büdcəsi təsdiq edilərkən mütləq sosial reklamlar da nəzərə alınmalıdır. Orada hər hansı bir nazirlik və ya ictimai təşkilatlara bu cür reklamlar üçün nə qədər pulun ayırıldığı açıq göstərilməlidir. Onlara sosial reklam üçün imkanlar yaradılmalıdır. Hesab edirəm ki, bu zaman da bu cür reklam yayıcılarına müəyyən güzəştlər edilə bilər, məsələn, ola bilər ki, həmin qurum sosial reklama pul ayırdığı üçün vergidən azad olunsun. Çünki təşkilatın həm vergi, həm də sosial reklama pul ayırması onun üçün müəyyən maddi çətinliklər yaradır. Düşünürəm ki, insanları qorumaq, maarifləndirmək xatirinə bu marağı onlarda dövlət yaratmalıdır. O zaman həmin qurumlar sosial reklam verməyə özləri maraqlı olacaqlar.xa0
xa0
- Reklamın gələcəyini necə görürsünüz?
xa0

- Əgər bu formada davam edərsə, reklam bazarı sırf kommersiya, ticari reklam bazarına çevriləcək. Sosial reklamlar da ancaq internetdə veriləcək, nə KİV-də, nə də küçələrdə bu cür reklamlara rast gəlincək... Hərə bir sayt açacaq, hazırladığı reklamı da oraya yerləşdirəcək. Bu zaman, ola bilsin ki, müəyyən qədər sosial reklamalara da yer ayrılsın, lakin bu zaman da onun kütləviliyi olmayacaq, çox adam oxuya, görə bilməyəcək onları.

Yeri gəlmişkən, monitorinqlər nəticəsində o da aydın olub ki, Fövqəladə Hallar və Daxili İşlər Nazirliklərindən başqa digər əlaqədar qurumların sosial reklamlar təqdim etmək yadlarına da düşmür. xa0
xa0
xa0
Hazırladı: Vüsalə G.Sultanlı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO