İsmayıllıda QƏZA - Xəsarət alanlar var

İsmayıllıda QƏZA - Xəsarət alanlar var

Hazırda oxunan: İsmayıllıda QƏZA - Xəsarət alanlar var

112957

İsmayıllı rayonunun Buynuz kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, Qəbələdən İsmayıllı istiqamətində hərəkət edən “Chevrolet” markalı minik avtomobili yoldan çıxaraq ağaclara çırpılıb.

Hadisə nəticəsində Bakı şəhər sakini 75 yaşlı Səyyarə Əliyeva və 27 yaşlı  Gülnarə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  
Hadisə yerinə təcili tibbi yardım çağrılıb, sürücü və onun sərnişininə ilkin tibbi yardım göstərildikdən sonra hər ikisi Qəbələ rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan verilən məlumata əsasən, hər iki qadın həkim nəzarəti altındadır və həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO