Bədbəxt hadisə: İri budaq Qax sakininin üzərinə düşdü

Bədbəxt hadisə: İri budaq Qax sakininin üzərinə düşdü

Hazırda oxunan: Bədbəxt hadisə: İri budaq Qax sakininin üzərinə düşdü

112882

Qax rayonunda meşəlik ərazidə bədbəxət hadisə yaşanıb. Belə ki, rayonun Qaşqaçay kənd sakininin üzərinə kəsdiyi açac aşıb. 

Bizim.Media-nın yerli bürosuna Qaşqaçay kənd sakinlərindən daxil olan məlumata əsasən 36 yaşlı Elsevər Quliyevin kəsdiyi ağac istiqamətini dəyişərək üzərinə aşıb. Gözləmədiyi təhlükə ilə qarşılaşan kənd sakini ağacın iri gövdəsindən yayına bilmədiyindən onun altında qalıb.

Nəticədə Elsevər Quliyev aldığı xəsarətlərdən elə oradaca dünyasını dəyişib. 

Hadisə yerinə rayon-huquq mühafizə orqanları ilkin baxış keçirib və ölüm faktının məhz ağac aşması nəticəsində baş verdiyi qənaətinə gəlinib. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam edir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO