DYP-dən dəhşətli qəza ilə bağlı AÇIQLAMA

DYP-dən dəhşətli qəza ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: DYP-dən dəhşətli qəza ilə bağlı AÇIQLAMA

112874

Baş DYP İdarəsi bu gün səhər saatlarında Bakı-Qazax yolunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.

Baş DYP İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qobustanda DƏHŞƏTLİ QƏZA: Bir neçə avtomobil yandı, ölən var - VİDEO


İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaq daşıyan avtomobildir. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib.

Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər dünyasını dəyişib.

DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər. Hadisə barədə ətraflı məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO