BİZİM TƏQVİM: 3 yanvarda dünyada nələr olub?

BİZİM TƏQVİM: 3 yanvarda dünyada nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 3 yanvarda dünyada nələr olub?

112848

1681-ci ilin 3 yanvarı Osmanlı dövlətilə Rusiya arasında Baxçasaray Sülh Müqaviləsi imzalanıb. 20 il müddətinə bağlanmış bu sülh müqaviləsinə əsasən Osmanlı dövləti, Kiyev də daxil olmaqla, yalnız Solsahil Ukraynasının Rusiya tərkibinə qatılmasına razı olub.

Bəs, 3 yanvarda daha hansı hadisələr baş verib?

1. 3 yanvar 1431-c ildə Burqundiya hersoqu satqınlıq nəticəsində tutulan Janna Darkı İngiltərə krallığının nümayəndəsi keşiş Koşona 10 min franka satıb.

2. 1491-ci ilin 3 yanvarında hüquqşünas Pyotr Ravenskiyə “Feniks” adlı əsərini çap etdirmək hüququ verən sənəd verilib. Bu müəllif hüququ haqqında ilk sənəd idi.

3. 3 yanvar 1777-ci ildə General Corc Vaşinqtonun rəhbərlik etdiyi ABŞ ordusu Britaniya əsgərlərini Nyu-Cersi ştatında məğlubiyyətə uğradıb.

4. 1804-cü ilin 3 yanvarı Rusiya qoşunları general Pavel Sisiyanovun komandanlığı ilə qanlı döyüşlərdən sonra Gəncəni işğal etdi. O zaman Cavad xan və oğlu öz torpaqlarını işğalçılardan müdafiə edərkən həlak oldular. Gəncəlilərin işğalçılara qarşı qəhrəmancasına mübarizəsi sübut edir ki, Azərbaycan Rusiyanın tərkibinə keçmək niyyətində olmayıb.

5. Bir çox filmdə gördüyünüz və Nyu Yorka gedən turistlərin maraqla seyr etdiyi Brokleyn (Brooklyn) körpüsünün tikintisi 1870-ci ilin 3 yanvarında başlayıb.

6. Birinci Dünya müharibəsi zamanı - 1917-ci ilin 3 yanvarında Osmanlıların zəif düşməsindən istifadə edən erməni silahlıları Ardahanın Ərəb məscidini içində olan 373 müsəlman türküylə birlikdə yandırdı.

7. 1952-ci ilin 3 yanvarı baş verən Ərzurum və Hasankale zəlzələləri zamanı 69 adam həyatını itirdi, 299 nəfər yaralandı.

8. 1961-ci ilin 3 yanvarında Türkiyədə rəsmi reklam və elan gəlirlərinin qəzet və jurnallara ədalətli paylanmasını təmin etmək məqsədilə Mətbuat Elan Qurumu yaradıldı.

9. 1976-cı ilin 3 yanvar tarixindən İqtisadi, Sosial və Mədəni Haqqlar haqqında Beynəlxalq Knvensiya qüvvəyə mindi. Türkiyə müqaviləni 2000-ci ilin 15 avqustunda imzaladı.

10.  3 yanvar 1977-ci ildə Apple şirkəti ilk komputerini istehsal edib.

11. 1990-cı ilin 3 yanvarı türkiyəli rəssam İbrahim Balabanın "Köç" əsəri 45 milyon liraya satıldı.

Bu, yaşayan rəssamın işinə o günə qədər ödənilən ən yüksək dəyər sayılır.

12.  3 yanvar 1996-cı ildə ilk dəfə açılıb-qatlanan mobil telefon istifadəyə verilib.

13.  2004-cü ilin 3 yanvarında Misirin xüsusi hava yolu şirkəti olan “Flash Air”ə aid “Boeing 737” tipli sərnişin təyyarəsi Qırmızı dənizə düşdü və 148 adam həyatını itirdi.

Bəs, bu tarixdə kimlər xatırlanır?

1. Böyük Azərbaycan mütəfəkkiri Xətib Təbrizi 1109-cu ilin 3 yanvarında vəfat edib. Yaradıcılığa şeirlə başlayan Xətib Təbrizi ensiklopedik alim olub, bir çox elmi əsər, xüsusilə, ərəb dilli ədəbiyyatın poetikasına dair tədqiqatları ilə şöhrət qazanıb. (1030-1109)

2. Ədəbiyyatın görkəmli nümayəndələrindən biri də Yusif Vəzir Çəmənzəminlidir ki, 3 yanvar onun da xatirə günüdür. Azərbaycanın dilbər guşəsi, Qarabağın mərkəzi Şuşada anadan olan (1887) Y.V.Çəmənzəminli Azərbaycan tarixi-fəlsəfi romanının ilk nümunəsi olan “Qızlar bulağı” əsərinin müəllifidir. Yazıçının “Qan içində” romanında isə XIX əsrin 2-ci yarısında Azərbaycanın ictimai-siyasi həyatı təsvir olunur.

3. 3 yanvar görkəmli özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin də xatirə günüdür. (1441-ci ildə Herat şəhərində dünyaya gəlib.) Nəvai Azərbaycanın böyük şairi Nizami Gəncəvinin “Xəmsə”sinə nəzirələrilə dünya şöhrəti qazanıb. (1441-1501).

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO