"Bu kitabı yazmaq həvəsinin necə yaranmasını özüm də duymadım...Bir onu gördüm ki, gecə saat 4-dü və mən oyağam, göz yaşı axıda-axıda kitabın bir neçə səhifəsini artıq yazmışam.
Özümə vərəqdə qəbir qazırdım sanki, hər sətri yazdıqca... Düşünün bir anlıq,sevdiyin insan yanında olmaq əvəzinə sən onu bir daha görməyəcəksən və xatirələri ilə yaşayıb, onu yaşatmağa çalışırsan... Və bu hal 11 ay davam etdi. Gecəmi gündüzümə qatıb yazdım kitabı, vicdanım çox rahat oldu. Məqəsədim Farizi sətirlərdə yaşadaraq gələcək nəsillərə sevginin, sayğının, ailə dəyərlərinin və vətənpərvərliyin vəhdət təşkil etdiyi bir sevgi romanını hər kəsə çatdırmaq idi. Qəlbimin fəryadını məni anlayan hər kəs duydu".
Bu sözləri Bizim.Media-ya Vətən Müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Fariz deyib.
Bu əsər səkkiz illik ailə həyatı yaşamış bu cütlüyün nakam sevgi hekayəsidir. “Sevən qəlbin fəryadı” romanı indi Əzizə və Fariz dastanıdır:
“Fariz mənim ali təhsil almağımı çox istəyirdi. Ona görə özümü toparlayıb onun bu arzusunu reallaşdırdım. Hazırda Odlar yurdu Universitetinin mühasibat uçotu fakültəsində bakalavr təhsili alıram. Həm də universitetdə "İnformasiya və ictimaiyyətlə əlaqələr" şöbəsinin müdir müavini kimi çalışıram”.
İki övladları var, Ruslan və Sevinc. Farizin yadigarı olan bu iki fidan Əziziənin həm də güc mənbəyidir:
“Fariz şəkil şəkdirməyi heç sevməzdi. Bu kitabın üzqabığında təsadüfi ev halında çəkilmiş və dördlük olan yeganə şəklimizdir...
Başqa bir şəkil haqqında şəhid xanımı deyir ki, bu isə son gəlişində olan şəkildir, balalarını qoxladı və getdi:
“Son gedişində ağladığımı görəndə "Məni sağ ikən ağlama,hələ ağlamağa çox vaxtın olacaq" dedi və bizi birdəfəlik tərk etdi...”.
Şəhid Fariz Ağstafanın Dağ Kəsəmən kəndində doğulub, Əzizə isə Pirili kəndindəndir. Fariz Əzizəni elə qulluq zamanı bir dostunun vasitəsi ilə görmüş və ilk baxışdan Əzizəni bəyənmişdi.
Vətən Müharibəsi şəhidi Fariz Həsənov 2020-ci il oktyabr ayının 13-də Füzuli ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Arzuladığı şəhidlik zirvəsinə ucalandan sonra Fariz Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:50 / 02.01.2023
Şəhid əri haqqında roman yazan QADIN: "Özümə vərəqdə qəbir qazırdım sanki"
Hazırda oxunan: Şəhid əri haqqında roman yazan QADIN: "Özümə vərəqdə qəbir qazırdım sanki"
Hazırda oxunan: Şəhid əri haqqında roman yazan QADIN: "Özümə vərəqdə qəbir qazırdım sanki"
112802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.