Sevil Osmanova 1947-ci ildə Kürdəmirdə fəhlə ailəsində dünyaya göz açıb. Gözünü açıb pambıq sahələrini gördüyündən bu işə də xüsusi marağı olub.
Sevil İdris qızının həyatı keşməkeşlidir. Onun anası rus əsilli Lyubov Timofeyevna atası ilə 1941-45-ci illər müharibəsi zamanı tanış olub.
Evlənərək Azərbaycana dönüblər. Lakin Lyubov xanıma Kürdəmirdə uzun müddət yaşamaq qismət olmayıb, 1948-ci ildə qəflətən fəvat edib. Bu evlilikdən isə üçüncüsü Sevil xanım olmaqla Solmaz və Nəsirlə birlikdə 3 uşaq yadigar qalıb. Uşaqlar körpə olduğundan İdris kişi ikici dəfə ailə qurur, beləliklə Sevil xanımın daha 4 bacı-qardaşı dünyaya gəlir. Ailədə 7 uşaq böyüyürlər.
Pambıqçılığa başlayanda Sevil xanımın heç bir təhsili olmayıb. Amma bir dəfə xoş təsadüf onun ali təhsil almasına səbəb olur. Ümummilli lider Heydər Əliyevin Kürdəmirə səfərlərindən birində bu gənc qızı görür, onun həyat hekayəsi ilə tanış olur. Rus dilini əla bilməsi Heydər Əliyevi təəccübləndiri və ona təhsil almağı tövsiyyə edir. Bundan sonra isə Sevil xanımın uğur hekayəsi başlayır.
Öncə 1970-ci ildə Kürdəmir rayon 115 nömrəli Peşə məktəbinin mexanizatorluq kursunu, 1980-ci ildə Şamaxı kənd təsərrüfatı texnikumunun aqranomluq şöbəsini və 1986-cı ildə isə Kənd Təsərrüfatı İnstitunun aqranomluq fakultəsini bitirərək aqranom adını qazanır. İllər ötdükcə aqrar sahəni daha da yaxından mənimsəyən Sevil xanım respublikanın adlı-sanlı pambıqçılarından biri olur.
Günlərin bir günü, “Məhsul bayramı”nda Ulu Öndər ona o zamanların ən dəbli avtomobillərindən sayılan “QAZ-24” hədiyyə edir.
Müstəqillik dönəmində də Ulu öndərin diqqəti Sevil xanımın üzərində olur. Artıq pambıqçı-fermer kimi onu beynəlxalq konfranslara yollayır və xarici ölkələrdə Heydər Əliyev Sevil Osmanovanı nümunəvi fermer xanım olaraq təqdim edirdi.
Sevil xanım 1965-ci ildə eyni sahədə işlədiyi Zöhrab adlı yerli sakinlə ailə qurub və bu evlilikdən onların 3 qız və 1 oğlan övladı dünyaya gəlib. Onun həyat yoldaşı Zöhrab bəydə Sevil xanımla eyni sahədə çalışıb və birgə fəaliyyət göstəriblər. Zöhrab Səfərov 1-ci Qarabağ döyüşlərininin iştirakçısı olub və uğurlu döyüş yolu keçib döyüşdə yaralanaraq qazi adını qazanıb.
Amma həyat yoldaşı Zöhrab Səfərov 2006-cı ildə qəfildən dünyasını dəyişib.
Hal-hazırda 75 yaşı olan Sevil Osmanova 6 nəvə, 10 nəticəyə nənəlik edir. Amma pambıqçılıqdan da əl götürməyib, mütəmadi olaraq pambıq sahələrinə baş çəkir, öz tapşırıq və tövsiyələrini gənc pambıqçılarla bölüşür.
İlham Əliyevin də prezident kimi bölgələrə səfəri çərçivəsində Kürdəmirdə sakinlərlə görüşərkən Sevil Osmanova ilə həmsöhbət olub. Sevil xanım 2012-ci ildə “Tərəqqi”, medalı 2018-ci ildə isə “Əmək qəhrəmanı” ordeni ilə təltif edilib. Bundan başqa o, “Cümhuriyyətimizin yüzilliyi” medalına da layiq görülüb. Sovetlər dönəmində isə “Lenin ordeni”, “Qırmızı əmək bayrağı ordeni”, “Əlaçı pambıq ustası medalı” və “Sosializm yarışının qalibi” döş nişanları ilə təltif olunub.
Aqil Əsədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:45 / 02.01.2023
Heydər Əliyevin QAZ-24 bağışladığı pambıqçı fermerin HƏYAT HEKAYƏSİ
Hazırda oxunan: Heydər Əliyevin QAZ-24 bağışladığı pambıqçı fermerin HƏYAT HEKAYƏSİ
Hazırda oxunan: Heydər Əliyevin QAZ-24 bağışladığı pambıqçı fermerin HƏYAT HEKAYƏSİ
112789
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.