Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə YENİ ÜSULLA aparılacaq 

Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə YENİ ÜSULLA aparılacaq 

Hazırda oxunan: Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə YENİ ÜSULLA aparılacaq 

112638

Dövlət Gömrük Komitəsi növbəti illərdə qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı daha güclü və özünü doğruldan üsullarla mübarizə aparacaq.

Bizim.Media xəbər verir ki, bunu İTV-yə açıqlamasında Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

"Gömrük qaydalarının pozulmasına qarşı preventiv tədbirlər həyata keçirmək üçün planlarımız var. Hesab edirik ki, həm maarifləndirmə, həm də iqtisadiyyatın müxtəlif sahələrində olan sahibkarlarla dialoq aparmaqla qarşılıqlı təmas əsasında yarana biləcək təhlükənin qarşısını vaxtında ala biləcəyik.

Biz bilik və bacarıqların genişləndirilməsinə xüsusi diqqət yetiririk. Burada şəffaflığın artırılması ilə yanaşı, hər-hansı qeyri-normal halların mövcud olmasına qarşı kəskin mübarizə aparacağıq. Hesab edirik ki, bu çox vacib bir istiqamətdir. Bununla yanaşı təlimlərə xüsusi diqqət yetirəcəyik.

Əməkdaşlarımız Gömrük Akademiyası vasitəsi ilə yaxud hər hansı istiqamətlər üzrə dünya səviyyəsində keçirilən, təşkil olunan konfranslara, seminarlara və təlimlərə cəlb ediləcəklər. Eləcə də dayanıqlığın təmin olunması üçün kompleks tədbirlər həyata keçirəcəyik.
Bura gömrük dəyərinin düzgün müəyyən olunması və onun metodologiya əsasında həyata keçirilməsi, dövlət-özəl sektor arasında dialoqun daha da artırılması, bu dialoq nəticəsində ortaya çıxan və təkmilləşdirilməsi daxildir", - deyə Ş.Bağırov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO