Şəki məktəblisi ABŞ-da keçiriləcək beynəlxalq olimpiadaya VƏSİQƏ QAZANDI 

Şəki məktəblisi ABŞ-da keçiriləcək beynəlxalq olimpiadaya VƏSİQƏ QAZANDI 

Hazırda oxunan: Şəki məktəblisi ABŞ-da keçiriləcək beynəlxalq olimpiadaya VƏSİQƏ QAZANDI 

112608

Şəki şəhər 17 nömrəli tam orta məktəbin daha bir şagirdi uğurlu nəticə göstərib. Belə ki, məktəbin 4a sinif şagirdi Zaur Cabbarlı Kopernik Riyaziyyat Olimpiadasında yüksək bal toplayıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki-Zaqatala regional təhsil idarəsindən məlumat verilib.

Bildirilib ki, dərs əlaçısı olan Zaur Cabbarlı Kopernik Riyaziyyat Olimpiadasında göstərdiyi yüksək nəticə ilə ABŞ-da keçiriləcək final yarışlarına vəsiqə qazanıb.

Məktəbin direktoru Gülnarə Nəsibova qalib şagirdlə görüşərək, onun qayğıları ilə maraqlanıb. Həmçnin məktəbin riyaziyyat müəllimi ilə qarşıdakı planları müzakirə ediblər.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO