ANAMA:

ANAMA: "Bu il azad edilmiş ərazilərdə 12 313 mina aşkarlanıb"

Hazırda oxunan: ANAMA: "Bu il azad edilmiş ərazilərdə 12 313 mina aşkarlanıb"

112584

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə bu il ərzində 12 313 mina aşkarlayıb. 

Bu barədə Bizim.Media-ya ANAMA-dan məlumat verilib. 

Bu ilin yanvar-dekabr ayı ərzində Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə isə 4 133 mina və 14 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 

Nəticədə 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO