BDU-da xəstə tələbələrə qarşı SƏRT ADDIM – “Bunu Nazirlər Kabinetinin qərarı deyir”

BDU-da xəstə tələbələrə qarşı SƏRT ADDIM – “Bunu Nazirlər Kabinetinin qərarı deyir”

Hazırda oxunan: BDU-da xəstə tələbələrə qarşı SƏRT ADDIM – “Bunu Nazirlər Kabinetinin qərarı deyir”

112582

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 3-cü kurs tələbələri feysbuk platformasında etiraz ediblər. Onların narazılığı yoluxucu xəstəlik səbəbi ilə dərsə gələ bilməyəndə bunun üzürlü hesab edilməməsi və semestr sonunda bildirilməsidir: 

“Bu gün Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tərəfindən düzgünlüyünü qəti formada sorğuladığımız bir qərar alınıb. Bu qərara görə, suçiçəyi və ya COVID-19 fərq etmədən, əgər tələbə dərsə gələ bilməyib qayıb alırsa, bu qayıblar üzürlü hesab olunmur. Belə bir nüans da var ki, bu qərar məhz semestr sonu, qayıblar hesablanan zaman bildirilir. Bu postu da bu qərara şiddətli narazılıq üçün açıram və səsimizin eşdilməsini ümid edirəm!”

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab verən Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva bildirib ki, bu məsələ Universitetdən asılı deyil, Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir: 

“Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Q A Y D A L A R I"nın 3.2.23-cü bəndinə əsasən, fənn üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbə (Gənclər və İdman Nazirliyi Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır”.
Bunun tələbələrə əvvəlcədən bildirilməsi məsələsinə gəlincə isə ali təhsil ocağının sözçüsü “bu qərar neçə ildir qüvvədədir”, deyə cavab verib.

Aləmdə Nəsib, Bizim.Media 










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO