Emin Əmrullayev cəzaçəkmə müəssisəsinə baş çəkdi

Emin Əmrullayev cəzaçəkmə müəssisəsinə baş çəkdi

Hazırda oxunan: Emin Əmrullayev cəzaçəkmə müəssisəsinə baş çəkdi

112523

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 9 saylı cəzaçəkmə müəssisəsinə baş çəkdi.

Qurumdan Bizim.Media-ya verilən məlumata görə, federasiyanın məsul əməkdaşları və milli komanda üzvlərinin da iştirak etdiyi görüşdə məhkumlar üçün nəzərdə tutulmuş yeni basketbol lövhəsi istifadəyə verilib.

E. Əmrullayev cəza çəkən insanları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, ən qısa müddətdə bu bayramları ailələri ilə birgə qeyd etmələrini arzulayıb.
Daha sonra millinin üzvləri məhkumlara yığma komandanın formalarını hədiyyə ediblər.

Qeyd edək ki, federasiyanın təşkilatçılığı ilə yaradılan basketbol lövhəsi məhkumların istirahət vaxtlarından daha səmərəli istifadə etmələri üçün nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO