“2023-cü ildə doğulacaq uşaqlara milli soyad sonluqları verilsin” – Sabir Rüstəmxanlıdan TƏKLİF

“2023-cü ildə doğulacaq uşaqlara milli soyad sonluqları verilsin” – Sabir Rüstəmxanlıdan TƏKLİF

Hazırda oxunan: “2023-cü ildə doğulacaq uşaqlara milli soyad sonluqları verilsin” – Sabir Rüstəmxanlıdan TƏKLİF

112426

“Bu gün xalqımız milli intibah dövrünü yaşayır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Sabir Rüstəmxanlı səsləndirib.

“30 ildən bəri haqqında danışıq gedən milli soyad məsələsi mövcuddur. Burada söhbət soyadın tam dəyişməsindən yox, yalnız sonluqda dəyişikliklərdən gedir.

Əgər 30 il əvvəl Ədliyyə Nazirliyinə ünvanladığım müvafiq təklif qəbul edilsəydi, indi vətəndaşların 80 faizi milli soyad sonluğuna sahib olardı. İndi də kim istəyirsə, soyad sonluğunu dəyişməsin. Lakin təklif edirəm ki, 2023-cü ildən etibarən yeni doğulan uşaqlara milli soyad sonluqları verilsin”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO