"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin xalis mənfəəti 3 dəfə artdı

Hazırda oxunan: "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin xalis mənfəəti 3 dəfə artdı

112364

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 48,742 milyon manat xalis mənfəətlə başa vurub. 

Bizim.Media xəbər verir ki, bu barədə  səhmdar cəmiyyətin məlumatında qeyd edilib. 

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. 

Hesabat dövründə ASCO-nun gəlirləri 287,873 milyon manat (27,4% çox), əməliyyat mənfəəti isə 102,02 milyon manat (58,1% çox) təşkil edib. 

Bu il iyulun 1-nə ASCO-nun aktivləri 1 308,376 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,95% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 12,2% azalaraq 173,385 milyon manata düşüb, balans kapitalı isə 5,75% artaraq 1 134,991 milyon manata çatıb. 

Qeyd edək ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO