“Tərtər rayonunun mərkəzində bayram yolkası qurulmayıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak etdiyi tədbirdə deyib.
O, bunun səbəbini belə izah edib:
“Sentyabrın 12-də mənfur düşmənlərimizin qəfil hücumu ilə şəhid olan Tərtər rayonu, Evoğlu kəndinin sakini Məftun Əhmədzadənin və 10 ay komada qaldıqdan sonra dünyasını dəyişən Dəmirçilər kəndinin sakini, Vətən Müharibəsi qazisi Yaqub Qəhrəmanlının il mərasimi çıxmayıb.
Və qərar verdm ki, bu il rayon mərkəzində yolka qurulmayacaq. Bu, mənim qərarımdır. Xahiş edirəm, siz də ona hörmətlə yanaşın. Çünki şəhidimizin ili çıxmayıbsa, bayram əhval-ruhiyyəsində olmağımız düzgün olmazdı”.
O, əlavə edib ki, sabah – dekabrın 30-da Vətən Müharibəsinin 105 şəhid və qazisinin ailələri ilə tədbir keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:05 / 29.12.2022
İcra başçısının QƏRARI: Tərtərdə bayram yolkası qurulmayıb - VİDEO
Hazırda oxunan: İcra başçısının QƏRARI: Tərtərdə bayram yolkası qurulmayıb - VİDEO
Hazırda oxunan: İcra başçısının QƏRARI: Tərtərdə bayram yolkası qurulmayıb - VİDEO
112300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.