Qusarda bayramqabağı müşavirə: “Bizim.Media”nın əməkdaşı təltif edildi - FOTO

Qusarda bayramqabağı müşavirə: “Bizim.Media”nın əməkdaşı təltif edildi - FOTO

Hazırda oxunan: Qusarda bayramqabağı müşavirə: “Bizim.Media”nın əməkdaşı təltif edildi - FOTO

112289

Qusar RİH başçısı Şair Alxasov 31dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə aparat işçilərini - müavin və şöbə müdirlərini və bütün dünya azərbaycanlılarını təbrik edib.

Bizim.Media xəbər verir ki, bayramqabağı keçirilən müşavirədə çıxış edən icra başçısı qeyd edib ki, Vətən Müharibəsində Qusar 38 şəhid verib, bayramqabağı şəhidlərin ailələri yaşadıqları evlərdə yad edilib, bayram münasibətilə təbrik edilib, problem və qayğıları ilə maraqlanılıb.

Müşavurədə Qusar RİH-in informasiya təminatı və təhlili sektorunun müdiri İlham Xəlilova “Dövlət qulluğunda fərqlənməyə” görə medalı təqdim olunub.

Şair Alxasov müşavirəyə dəvət edilən “Bizim.Media”nın əməkdaşı Aytəkin Alxaslını peşə fəaliyyətinin 35 illiyi və bayramlar münasibətilə icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib, ona yaradıcılıq uğurları arzulayıb.

Öz növbəsində xanım jurnalist diqqətə görə təşəkkür edərək bütün Qusar əhalisini və Azərbaycan xalqını Bizim.Media kollektivi adından gözəl bayramlar münasibətilə təbrik edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO