I Qarabağ müharibəsi əlilləri ilə bağlı nə qədər birdəfəlik ödəmə verilib?

I Qarabağ müharibəsi əlilləri ilə bağlı nə qədər birdəfəlik ödəmə verilib?

Hazırda oxunan: I Qarabağ müharibəsi əlilləri ilə bağlı nə qədər birdəfəlik ödəmə verilib?

112263

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələrinə e-sistemlərdə, habelə müvafiq arxivlərdə müvafiq dövr üzrə xəsarətlə bağlı mövcud məlumat əsasında birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək bank hesablarına köçürülüb, bu barədə SMS göndərilib.

Bizim.Media xəbər verir ki, bunu Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin sədri Kənan Əkpərov ilin yekunlarına dair hesabat mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qeyd olunan istiqamət üzrə 16 659 şəxsə birdəfəlik ödəmə verilib:

“Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib, həmin ödənişlər üçün 105,7 milyon manat vəsait yönəldilib”.
O eyni zamanda qeyd edib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan və "Müharibə veteranı" adı verilmiş şəxslərə çevik şəkildə proaktiv təqaüd təyinatının aparılmasında “Zəfər” altsistemi mühüm rol oynayıb:

“Şəhid ailələri və müharibə iştirakçılarının hüquqlarının təmin edilməsi sahəsində çevik məlumat mübadiləsinə imkan verən elektron xidmətlərdən biri “Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib.

Həmçinin qeyd edib ki, cari ilin noyabr ayından məlumat vərəqələri elektron formada təqdim olunub.

Qanunvericiliklə müəyyən edilmiş müvafiq qurumlar tərəfindən təqdim olunmuş məlumatlar əsasında hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığorta olunanların fərdi uçotu, əmək pensiyalarının təyini, hesablanması və yenidən hesablanması proaktiv qaydada həyata keçirilir. 

Hazırda “Himayədar ailə”, “Fərdi Reabilitasiya və Abilitasiya altsistemi” , “ƏMAS” , “E-birja” habelə digər elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə işlər davam etdirilir.
Həmçinin ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı e-sistem təkmilləşdirilib. Artıq təyinatlar sistem tərəfindən aparılır ki, bu zaman vətəndaşa aid yanlış məlumatların qeydə alınması sıfıra bərabər olur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO