Artıq 15 gündən çoxdur Xankəndi-Laçın yolunda ekoaktivistlər, ictimai fəallar və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycan ekologiyasına qarşı həyata aparılan terrora qarşı mövqe nümayiş etdirirlər.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Xankəndi - Laçın yolunda etiraz edirlər.
Bizim.Media xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi davam edən aksiyalar və gözləntilərlə bağlı ictimai rəy sorğusu keçirib.
“Sizcə, bu aksiyalar Azərbaycanın təbii sərvətlərinə qarşı aparılan terrora son qoyacaqmı?” sualına münasibətdə respondentlərin 78.6%-i “bəli” cavabını verib.
Sorğuda iştirak edənlərin 14.2%-i “xeyr” cavabını qeyd edib, 7.2%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:20 / 29.12.2022
Əhalinin əksəriyyəti Laçın yolundakı aksiyamızın nəticə verəcəyinə inanır – SORĞU
Hazırda oxunan: Əhalinin əksəriyyəti Laçın yolundakı aksiyamızın nəticə verəcəyinə inanır – SORĞU
Hazırda oxunan: Əhalinin əksəriyyəti Laçın yolundakı aksiyamızın nəticə verəcəyinə inanır – SORĞU
112245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.