Xəbər verdiyimiz kimi Beynəlxalq Miqrant günü ilə əlaqədar 18 dekabr 2015-ci ildə Almaniyanın Düsseldorf şəhərində Avropada Azərbaycanlılarının konfransı keçirilib.xa0
Musavat.com xəbər verir ki, konfransı giriş sözü ilə siyasi mühacir, tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev açıb. O, beynəlxalq miqrant günü haqqında məlumat verdikdən sonra ölkədə və dünyada baş verən miqrasiya prosesləri haqqında məlumat verib. xa0
Sonra isə hüquqşünaslar Ataxan Əbilov və Sevinc Məmmədova, jurnalist, Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf mərkəzinin həmtəsisçisi, Anar Oruclu, Avropa Demokratiyaya Dəstək Alyansının rəhbəri Tural Sadıqlı, xa0 Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf mərkəzinin həmtəsisçisi Elçin Abdullayevin miqrant hüquqları, təşkilatlanma və inteqrasiya ilə bağlı məruzələri dinlənilib.xa0
Konfransda Azərbaycandan emiqrasiyanın səbəbləri də müzakirə olunub. Müzakirələrdə çıxışçılar iddia ediblər ki, ölkəmizdə xa0 siyasi, sahibkarlıq, xa0jurnalistika və vətəndaş cəmiyyəti xa0sahəsində xa0fəaliyyət mümkünsüz həddə gəlib çatıb, Azərbaycanda sifarişli xa0məhkəmə hökmləri ilə yüzlərlə ictimai-siyasi fəal, hüquq müdafiəçisi, xa0jurnalist, siyasətçi azadlıqdan məhrum edilib, yüzlərlə fəalın ölkədən çıxışına qadağa qoyulub. Müzakirə iştirakçıları deyiblər ki, xaricdəki fəaliyyətlərinə görə onlarla miqrantın qohumlarına təzyiqlər edilib. Nəticədə onlar xaricdəki doğmalarından imtina ediblər. Bunları nəzərə alan konfrans iştirakçıları Avropa ölkələrində mühacirətdə olanların Azərbaycanda baş verənlərə təsir mexanizmlərini də xa0müzakirə ediblər.xa0
Musavat.com məlumat əldə edib ki, tədbir iştirakçıları xa0xaricdə yaşayan xa0Azərbaycan vətəndaşlarına münasibətdə, Azərbaycan Respublikasının, məskunlaşdıqları ölkələrin, habelə beynəlxalq təşkilatların vəzifələri ilə tanış edilib. Tədbir təşkilatçıları və məruzəçilər vurğulayıblar ki, xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasəti səmərəsiz və kortəbii aparılır, bu siyasət bəzi hallarda xa0xaricdə yaşayanların parçalanmasına, onların vəziyyətinin ağırlaşmasına, xa0hətta bəzi hallarda xa0vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşməsinə xidmət edir.xa0
Diasporla İş üzrə Dövlət Komitəsinin vəzifəsi olmasına baxmayaraq, bu vaxta kimi Avropada yaşayan azərbaycanlılarla bağlı xüsusi araşdırılma aparılmayıb, ölkə vətəndaşlarının Avropada xa0yaratdıqları qurumlara və xa0kütləvi informasiya vasitələrinə dəstək verilmir, xa0ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaq və inkişaf etdirmək, istiqamətində fəaliyyət mövcud deyil, xaricdə yaşayan azərbaycanlılarla bağlı xa0xüsusi məlumat bankı yaradılmayıb. Konsulluq xidmətlərinin fəaliyyətinin isə daha acınacaqlı olması bildirilib. xa0
Tədbirdə iştirak edənlər, söz alanlar Azərbaycan hakimiyyətini kəskin tənqid ediblər. Orada həmçinin, qeyd olunub ki, azərbaycanlıların normal təşkilatlanması olmadığı üçün Avropa Azərbaycanlıları Avropa Birliyinin müvafiq institutları ilə effektli xa0əməkdaşlıq edə bilmir, müvafiq beynəlxalq və yerli hakimiyyət orqanları ilə əməkdaşlığa nail olmağı bacarmır. Avropaya yeni gələn azərbaycanlıların məlumatlandırılması üçün normal şərait olmadığı üçün onlar bəzən yalançı işbazların qurbanına çevrilir, saxta sənədlərdən istifadə etməklə, xa0özünə və yaxınlarına ciddi xa0problemlər xa0yaratdığı da çıxışlarda qeyd olunub.xa0
Tədbirdə bir xüsusat da vurğulanıb. Qeyd olunub ki, bəzi hallarda xa0Azərbaycanda insanlara işgəncə verən, insan hüquq və azadlıqlarını davamlı olaraq pozan şəxslər də Avropa ölkələrindən sığınacaq almağa nail olurlar və belə hallar yolverilməzdir. Məlumatda yekun olaraq bunlar yazılır:xa0“Azərbaycan məmurlarının mənbəyi məlum olmaya çirkli pullarla aldıqları daşınmaz əmlakların müəyyənləşdirilməsinin və müvafiq dövlət orqanlarında araşdırılmasının xa0zəruriliyi qeyd olunub. Ölkədən xaricə, xa0o cümlədən Avropaya davamlı gedən xa0beyin axınının, cəmiyyətin xa0inkişafına təkan verəcək ideya sahiblərinin vahid düşüncə mərkəzində birləşməsinin vacib olması da xüsusi göstərilib”x9d.xa0
Tədbirdə ortaya atılan problemlərin həlli xa0və edilən təkliflərin icrası üçün İşçi Qrupunun yaradılmasına qərar verilib.































































































