Qarabağdakı təbii yataqların ermənilər tərəfindən qanunsuz istismarı dayandırılır

Qarabağdakı təbii yataqların ermənilər tərəfindən qanunsuz istismarı dayandırılır

Hazırda oxunan: Qarabağdakı təbii yataqların ermənilər tərəfindən qanunsuz istismarı dayandırılır

112178

Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının ermənilər tərəfindən qanunsuz istismarı dayandırılır. 

Bizim.Media Ermənistan teleqram kanallarına istinadən xəbər verir ki, yataqların qanunsuz istismarını həyata keçirən “Base Metal” şirkəti ekspertiza başa çatana qədər mədənin fəaliyyətini dayandırmaq qərarına gəlib. 

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO