Gəncədə Kərkicahan şəhidləri anıldı – FOTO

Gəncədə Kərkicahan şəhidləri anıldı – FOTO

Hazırda oxunan: Gəncədə Kərkicahan şəhidləri anıldı – FOTO

112107

Bu gün Gəncədə, Xankəndi sakinlərinin müvəqqəti məskunlaşdığı qəsəbədə Kərkicahan şəhidlərinin anım tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, “Qarabağa dönüş” İB-nın təşkilatçılığı ilə keçirilən yığıncaqda Xankəndi sakinləri, şəhid ailələri, qazilər, Müharibə Veteranları İctimai Birliyinin, Xocalı rayon İH-nin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Kərkicahanda və Azərbaycanın ərazi bütovlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb. 

Sonra çıxış edən Kərkicahan İcra nümayəndəsi Dərgah Haqverdiyev ermənilərin törətdikləri vəhşiliklərdən, azərbaycanlılara qarşı həyata keçirilən soyqrımdan danışıb.

İcra nümayəndəsi qeyd edib ki,  Kərkicahan son ana qədər ermənilərdlə mübarizə aparan qəsəbələrdəndir:

“Ermənilər hələ o zamanlar Kərkicahanı boğazlarında ilişib qalan sümük adlandırırdılar. Burada toplaşanlar arasında həmin günlərin canlı şahidləri var. Kərkicahan şəhidlərinin, vətən uğrunda canından keçən bütün şəhidlərin ruhunu dərin hörmətlə anırıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inanırıq ki, yaxın vaxtlarda  Azərbaycan bayrağı dədə-baba yurdumuz olan Xankəndidə dalğalanacaq” deyə D. Haqverdiyev əlavə edib.

Sonra çıxış edən natiqlər də Kərkicahan uğrunda döyüşlərdə 150-dən çox azərbaycanlı, 40 qadın və 110 kişi şəhid olduğunu, həmin vaxt kəndin müdafiəsi yerli əhali, polis və yenicə yaranmış Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunduğunu qeyd ediblər.
Vurğulanıb ki,  müdafiə qüvvələri Xankəndi istiqamətindən qəsəbəyə doğru hücuma keçən erməni silahlılarının istifadəsində hərbi texnika və ağır silahlar olduğundan, son nəticədə geri çəkilməyə məcbur olublar. Bununla belə, pis silahlanmış Azərbaycan əsgərləri bir müddət erməni silahlılarının hücumlarının qarşısını alıblar və bunun hesabına dinc əhali qəsəbədən çıxa biliblər. 

Çıxışlardan sonra Kərkicahan şəhidlərinin xatirəsinə həsr edilmiş abidəyə gül dəstələri qoyulub.

Tədbirdən sonra şəhidlərin ruhuna ehsan verilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO