Yararsız qida məhsulları MƏHV EDİLDİ 

Yararsız qida məhsulları MƏHV EDİLDİ 

Hazırda oxunan: Yararsız qida məhsulları MƏHV EDİLDİ 

112025

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yararsız bioloji fəallığa malik qida məhsulunu məhv edib.

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib. 

Nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən “Jala Pharma” MMC-nin idxal etdiyi, Rumıniyada fəaliyyət göstərən “S.C.Laboratoarele Medica S.R.L” şirkətinin istehsalı olan, ümumi çəkisi 217 kq “Zink Godarov Kapsul №30” adlı 10 000 ədəd bioloji fəallığa malik qida məhsulu partiyasından nümunələr götürülüb. 

Müayinələr nəticəsində məhsul partiyasında ağır metalların (Qurğuşun (Pb), Kadmium (Cd)) miqdarının normadan artıq olduğu aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, istehlaka yararsız bioloji aktiv qida məhsulu məhv edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO