50 ildən sonra Xəzərin dibi 100 metr aşağı enəcək? - Tanınmış ekoloq

50 ildən sonra Xəzərin dibi 100 metr aşağı enəcək? - Tanınmış ekoloq

Hazırda oxunan: 50 ildən sonra Xəzərin dibi 100 metr aşağı enəcək? - Tanınmış ekoloq

11202

“AMEA-nın Coğrafiya İnstitutu kabinetdə oturub, heç bir elmi iş aparmır. O işi Sovet dövründə Metralogiya Komitəsi aparırdı və müəyyən təhlillər hazırlayırdı. O komitənin əməkdaşları ayın 20 günü dənizdə olurdular və dənizin bütün istiqamətlərində monitorinqlər həyata keçirirdilər.

Dənizdə olan fauna və flora, iqlim, temperatur, buxarlanma, suyun azalma, eləcə də qalxma səbəbləri öyrənilirdi. Hamısı kabinetdə oturub, yazır və pozurlar”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Milli Proqnozlar Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Xəzərin suyunun azalması məsələsinə münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Coğrafiya İnstitutunun direktorundan KOBUDLUQ – “Yatıb qalmısız...” - FOTO


Ekspert qeyd olunan məsələ ilə bağlı yerli mütəxəssislərimizin həyəcan təbili çalmadıqlarını xatırladıb: 

“Biz alimlər tutuquşu kimi öyrənmişik, xaricdə nə baş verirsə, onu təsdiqləyirik. Kifayət qədər alimlərimiz var.

Onlar Xəzərin suyunun çəkilməsi ilə bağlı həyəcan təbili çalmırlar. Xəzər dənizinin səviyyəsi neçə milyon illərdir ki, həm azalır, həm də qalxır.
 

1975-ci ilə qədər Xəzər dənizinin səviyyəsi azalmışdı və 70 kilometr sahili qurutmuşdu. Ondan sonra suyun səviyyəsi qalxdı. Bu dəyişiklik hər zaman olub və iqlim dəyişikliyi ilə əlaqədardır. 130-150-yə qədər çay Xəzər dənizinə tökülür.


Onların əksəriyyəti quru çaylardır, heç Xəzərə gedib çatmırlar. Yalnız yaz və payız aylarında dənizə çatırlar. Sadəcə olaraq buxarlanma çox gedir. Hər bir şey iqlimdən və insan fəaliyyətindən asılıdır.

Xəzərin suyunun azalması və ya qalxması həm də onun geoloji fəalliyətindən asılıdır. Kim deyə bilər ki, 50 ildən sonra Xəzərin dibi 100 metr aşağı enməyəcək? Buna heç kəs proqnoz verə bilməz.

Ora seysmik və zəlzələ zonasıdır. Xəzər yerüstü çaylardan əlavə, həm də yeraltı çaylarla da qidalanır.

Onu heç kəs öyrənmək niyyətində deyil. Bəyan edirdilər ki, Azərbaycan su qıtlığı ilə üzləşəcək. Yalandır!  Sadəcə suyun qiymətinin qalxması üçün hesablanmış boş fərziyyələr idi ki, nəticəyə nail olundu”, deyə ekspert əlavə edib.

Qeyd edək ki, son 5 ildə relyefdən asılı olaraq Xəzər dənizinin suyu ciddi şəkildə azalıb.

Bu il Abşeron, Sumqayıt, Muxtadır qəsəbəsinədək olan sahələrdə dənizin suyunun çəkilməsi daha qabarıq şəkil alıb.

Həmçinin Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2-4 metr çəkilib, Nabranda bu, 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə çəkilmə daha çoxdur.

Xəzərin Neftçala sahillərindən tutmuş, Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq, bəzi yerlərdə 2 km-ə qədər geri çəkilib.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO