Azərbaycanda iki yeni medal TƏSİS EDİLDİ  

Azərbaycanda iki yeni medal TƏSİS EDİLDİ  

Hazırda oxunan: Azərbaycanda iki yeni medal TƏSİS EDİLDİ  

112002

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. 

Dəyişiklikdə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa iki yeni medalın – “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” medalın əlavə edilməsi nəzərdə tutulub. 
Medalların Əsasnamələrində onların təsviri və elementləri əks olunub. Əsasnamələrdə təltif edilən şəxslər, təltif edən orqan və medalların taxılma qaydası da qeyd olunub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO