Nazirlik əsirlikdən azad edilən Bayram Kərimovla bağlı məlumat yaydı - FOTO

Nazirlik əsirlikdən azad edilən Bayram Kərimovla bağlı məlumat yaydı - FOTO

Hazırda oxunan: Nazirlik əsirlikdən azad edilən Bayram Kərimovla bağlı məlumat yaydı - FOTO

11196

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən Müharibəsi iştirakçısı, ötən ilin dekabr ayında Ermənistanın əsirliyindən azad edilən Kərimov Bayram Yaşar oğlunu (Gəncə şəhəri) evində ziyarət ediblər. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, ailənin sosial vəziyyəti öyrənilərkən qazinin atasının hazırda işlədiyi, qardaşının da artıq işə başlamaq ərəfəsində olduğu müəyyən olunub.  
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlikdən sağlamlıq imkanları məhdud olanlarla bağlı vacib təşəbbüs


Əmək qabiliyyətli digər ailə üzvlərinin məşğulluq məsələlərinin həlli məqsədilə ailə özünüməşğulluq proqramına cəlb olunub.

Proqram çərçivəsində onlar üçün kiçik ailə müəssisəsi yaradılacaq. 

Əsirlikdə olarkən işgəncələrə məruz qalmış Bayramın əlilliyinin qiymətləndirilməsi də nəzərdə tutulur.

Əlillik dərəcəsi təyin edildiyi halda birdəfəlik sığorta ödənişi, aylıq sosial ödənişlərlə təmin olunacaq. 

Bundan əvvəl isə Nazirliyin dəstək tədbirləri çərçivəsində qazinin özü və ailə üzvləri sosial-psixoloji dəstəklə də əhatə olunub. Ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO