Qəbələdə AĞIR QƏZA: Maşın 50 metrlik dərəyə aşdı – FOTO 

Qəbələdə AĞIR QƏZA: Maşın 50 metrlik dərəyə aşdı – FOTO 

Hazırda oxunan: Qəbələdə AĞIR QƏZA: Maşın 50 metrlik dərəyə aşdı – FOTO 

111785

Qəbələnin Laza kəndində maşın 50 metrlik dərəyə aşıb. Sürət həddini aşan avtomobil növbəti sərt döngədə idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.  

Hadisə barədə Bizim.Media-nın yerli bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Mehran Həsənovun idarə etdiyi “QAZ-3110” markalı, 36BL296 dövlət qeydiyyat nömrə nişanlı avtomobil yoldan çıxaraq dərəyə aşıb.  

Ağır yol nəqliyyat hadisəsi nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.  

Faktla bağlı araşdırma başlanıb.  

Qeyd edək ki, bu kəndə gedən yol dağın ətəklərindən keçir və sərt döngələrə malikdir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO