BMT-nin azərbaycanlı rəsmisindən əfqan qadınlarla bağlı TƏLƏBİ

BMT-nin azərbaycanlı rəsmisindən əfqan qadınlarla bağlı TƏLƏBİ

Hazırda oxunan: BMT-nin azərbaycanlı rəsmisindən əfqan qadınlarla bağlı TƏLƏBİ

111743

BMT-nin Əfqanıstandakı Missiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Ələkbərov bu gün Kabildə Talibanın iqtisadiyyat naziri Məhəmməd Həniflə görüşüb və görüşdə qadınların yerli və beynəlxalq QHT-lərin humanitar işlərində iştirakına qadağa qoyulması qərarını ləğv etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Missiyası məlumat yayıb.

Görüş zamanı BMT rəsmisi Talibanın iqtisadiyyat nazirindən Əfqanıstanda QHT-lərin qadın işçilərinin fəaliyyətinə qoyulan qadağaya dair qərarı ləğv etməyi tələb edib.

“Milyonlarla əfqanın humanitar yardıma ehtiyacı var və maneələrin aradan qaldırılması çox vacibdir”, - missiyanın yaydığı məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən həftə İqtisadiyyat Nazirliyi bütün yerli və xarici qeyri-hökumət təşkilatlarına növbəti bildirişə qədər qadın işçilərin çalışmasına icazə verməmək barədə göstəriş verib. Bu göstəriş birbaşa BMT-yə şamil edilmir, lakin onun bir çox proqramları bu qərara tabe olan QHT-lər tərəfindən həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO