11 yaşlı qızını nişanlayan valideyni hansı cəza gözləyir? - AÇIQLAMA - VİDEO

11 yaşlı qızını nişanlayan valideyni hansı cəza gözləyir? - AÇIQLAMA - VİDEO

Hazırda oxunan: 11 yaşlı qızını nişanlayan valideyni hansı cəza gözləyir? - AÇIQLAMA - VİDEO

11166

11 yaşlı qızla 15 yaşlı oğlanın nişan mərasimindən çəkilən görüntülərin bu gün sosial şəbəkələrdə yayılması gündəmi zəbt edib. 

Bəlli olub ki, həmin mərasim Gürcüstanda, azərbaycanlıların yaşadığı Soğanlıq kəndində baş tutub. Bu olay ölkəmizdə bir çox insanlar tərəfindən sərt şəkildə qınanıb. 

Hamını isə indi bir sualın cavabı gözləyir: həddi-buluğa çatmayan uşaqlara belə mərasim keçirən valideynləri hansı cəza gözləyir?

Gürcüstanda fəaliyyət göstərən “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli məsələyə münasibətini Bizim.Media-ya açıqlayıb:

 “11 yaşlı qızın nişanlanması tamamilə qanunsuzdur. O, hələ həddi-buluğa çatmayıb, düşüncəsi tam formalaşmayıb, sərbəst qərar vermək gücünə sahib deyil.

Bu hadisə Gürcüstan Respublikasının da qanunlarına ziddir. Valideynlər və bu işə razılıq verən digər insanlar məsuliyyətə cəlb olunmalıdır.

Bu hadisədə açıq-aşkar uşaqların hüquqları pozulub. Günahı olan hər kəs cəzalandırılmalıdır”.

Gülşanə Mustafayeva, Bizim.Media

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Bizim Media (@bizimmediaaz)
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO