Bakı-Quba yolunun bərpa işləri gedən hissəsinin 64 km-nin istifadəyə verilməsi barədə məlumat vermişdik.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin Bizim.Media-ya açıqlamasında bildirmişdi ki, yolun qalan 3 km hissəsində bərpa işləri 2023-cü il yanvar ayının 10-dək başa çatacaq.
Yeri gəlmişkən, açılışdan bir gün əvvəl Bakı-Quba yolunun ikitərəfli olan hissəsinin Xızı rayonu ərazisində yol kənarlarının zibilli olması Bizim Media-nın əməkdaşının diqqətini çəkib.
Belə ki, yol işçiləri yolun o tayında əziyyətlə iş aparır, bu tayında isə ikitərəfli yolla hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlər əlinə düşən zibili yerə atırlar.
Artıq Bakı-Quba yolunda hər iki istiqamətində avtomobillər normal hərəkət edirlər.
Vətəndaşlarımızın yolun hər iki tərəfində təmizliyə riayət etmələri mütləqdir. Unutmayaq ki, bu, beynəlxalq əhəmiyyətli yoldur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:09 / 25.12.2022
Yeni açılan Bakı-Quba yolunun kənarı niyə təmizlənmir? - FOTOFAKT
Hazırda oxunan: Yeni açılan Bakı-Quba yolunun kənarı niyə təmizlənmir? - FOTOFAKT
Hazırda oxunan: Yeni açılan Bakı-Quba yolunun kənarı niyə təmizlənmir? - FOTOFAKT
111551
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.