Şəfiqə Məmmədovanın seçki olmadan özünü sədr elan etməsinə öz qurumundan AÇIQLAMA – ÖZƏL 

Şəfiqə Məmmədovanın seçki olmadan özünü sədr elan etməsinə öz qurumundan AÇIQLAMA – ÖZƏL 

Hazırda oxunan: Şəfiqə Məmmədovanın seçki olmadan özünü sədr elan etməsinə öz qurumundan AÇIQLAMA – ÖZƏL 

111434

Xəbər verildiyi kimi, bir neçə gün öncə Xalq artisti Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilib. 

Məlumat ictimailəşəndən sonra kino ictimaiyyəti və ARKİ üzvləri ayağa qalxıb. İddialara görə Şəfiqə Məmmədova sədr seçildiyi gün ARKİ-nin hər hansı qurultayı baş tutmayıb və onun bu təyinatına yekdil qərara gəlinməyib. 
Əslində, Şəfiqə Məmmədova ARKİ-nin bəzi üzvlərini ilin sonu ilə bağlı hesabat iclasına çağırıb və həmin yığıncaqda sədr seçkisindən belə söhbət açılmayıb. Həmçinin, mətbuat xidməti idarəsinin xəbəri olmadan mediaya çıxaraq, qurultayda sədr seçildiyini elan edib. 

Məsələyə elə Şəfiqə Məmmədovanın sədr olduğu qurumdan aydınlıq gətirməyə çalışdıq. 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat katibi Əli Vəliyev Bizim.Media-ya açıqlamasında bunları deyib:

“Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında sədrin, idarə heyətinin və katiblərin seçilməsi ilə bağlı məlumatım yoxdur. Mən Şəfiqə Məmmədovanın İttifaqa yenidən sədr seçilməsi ilə bağlı məlumatı hansısa mətbuata verməmişəm”, - deyə Əli Vəliyev qeyd edib. 

Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova mətbuata açıqlamasında yenidən sədr seçilməsinə belə aydınlıq gətirib. 

O, qeyd edib ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədrinin seçilməsi qurultay keçirməklə müəyyən olunmur. İttifaqın nizamnaməsi bütün qurumların nizamnaməsindən fərqlidir və öz nizamnamələrinə görə, təsisçilərin iştirakı ilə yığıncaq çağırıla bilər.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO