167 faydalı qazıntı yatağımızdan 52-si vəhşicəsinə istismar EDİLİB - RƏSMİ 

167 faydalı qazıntı yatağımızdan 52-si vəhşicəsinə istismar EDİLİB - RƏSMİ 

Hazırda oxunan: 167 faydalı qazıntı yatağımızdan 52-si vəhşicəsinə istismar EDİLİB - RƏSMİ 

111426

Dekabr ayının əvvəlindən başlayaraq, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingenti ilə onların müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təbii ehtiyatların qanunsuz istismarının dayandırılması, monitorinq və inventarlaşmanın aparılması, ətraf mühitə zərər və risklərin qiymətləndirilməsi, nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edir. 

Sözsüz ki, bu vəziyyət cəmiyyətimiz tərəfindən normal qarşılana bilməz. Biz ictimaiyyətin narahatlığını başa düşürük. 

Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”na həsr olunmuş Konfransda "Böyük Qayıdışın ekoloji aspektləri" mövzusunda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. 

O bildirib ki, işğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb.

Ekoloji terrora son qoyulması üçün ictimaiyyət nümayəndələrinin fəaliyyətini vurğulayan nazir əlavə edib:

“Şaxtalı havaya baxmayaraq vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloji fəallar Laçın-Şuşa yolunda etiraz aksiyası keçirirlər. 

Aksiyanın məqsədi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarının dayandırılmasıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO