"İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik" - Fərid Qayıbov 

Hazırda oxunan: "İnsanların sağlamlığı üçün bu cür yarışları davam etdirəcəyik" - Fərid Qayıbov 

111388

"İnsanların sağlamlığı üçün bu cür kütləvi idman tədbirlərini davam etdirəcəyik". 

Bizim.Media xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışın açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. 

Tədbiri ölkədə növbəti idman bayramı adlandıran nazir hamını bu münasibətlə təbrik edib

"Bilirsiniz ki, ölkə başçısının tapşırığı ilə müxtəlif idman növləri üzrə kütləvi tədbirlər, yarışlar keçiririk. Bu il ilk dəfə Pirallahı qəsəbəsində həvəskar üzgüçülərimiz açıq suda, dənizdə üzdülər. Daha sonra Mingəçevirdə Kür çayını üzərək keçdik". 

F.Qayıbovun sözlərinə görə, bu, kütləviliyə yönəlmiş 3-cü belə yarışdır və ölkə ərazisində olan 30 idman kompleksinin hovuzunda eyni zamanda təşkil olunur:

"Hər bir idmançıya 30 dəqiqə vaxt verilir. Müxtəlif yaş qrupları üzrə təşkil olunan tədbir 3 gün davam edəcək. Bu gün hovuzda 64, 70 yaşında üzən şəxsləri görürük. Tədbir əhali tərəfindən də çox yaxşı qarşılanıb. Artıq min nəfərdən artıq yazılan var. Bu isə bizi çox sevindirir. Yarışdan-yarışa iştirakçıların sayı artır. Deməli, düzgün yoldayıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO