“Xəmsə” Milli İntellektual oyununun qalibləri mükafatlandırılıb - FOTO 

“Xəmsə” Milli İntellektual oyununun qalibləri mükafatlandırılıb - FOTO 

Hazırda oxunan: “Xəmsə” Milli İntellektual oyununun qalibləri mükafatlandırılıb - FOTO 

111297

Qəbələ rayon gənclər və idman idarəsinin təşkilatçılığı, rayon Təhsil Sektorunun iştirakı ilə “Şuşa ili”nə həsr edilən “Xəmsə” Milli İntellektual oyunu üzrə yeniyetmələr arasında rayon çempionatı keçirilib.  

Bizim.Media-nın yerli bürosuna rayon gənclər və idman idarəsindən verilən məlumata əsasən, çempionatda yaşı 14-dən 17-dək olan 8 komanda iştirak edib.

Yeniyetmələr öz bilik-bacarıqlarını və intellektual səviyyələrini sınayıb.  

Yarışın yekununda Nohurqışlaq kənd tam orta məktəbin komandası I yer, Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin komandası II yer və Qəbələ şəhər 2 nömrəli tam orta məktəbin komandası III yerə çıxıb. 
Qalib komandalara rayon Gənclər və İdman idarəsinin kubok və diplomları təqdim edilib.  

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO