Bakıya qəza enişi edən təyyarənin sərnişinləri digər təyyarə ilə yola salınacaq - FOTO

Bakıya qəza enişi edən təyyarənin sərnişinləri digər təyyarə ilə yola salınacaq - FOTO

Hazırda oxunan: Bakıya qəza enişi edən təyyarənin sərnişinləri digər təyyarə ilə yola salınacaq - FOTO

111267

"Qantas Airways" şirkətinin Sinqapur-London reysi həyata keçirərkən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi təyyarəsinin sərnişinləri təyinat məntəqəsinə digər təyyarə ilə yola düşəcəklər. 

Bu barədə Bizim.Media hava limanına istinadən xəbər verir. 

Məlumata görə, digər təyyarə gələnədək reysin sərnişinləri hoteldə yerləşdiriləcək. 

Xatırladaq ki, bu gün səhər saatlarında aviaşirkətin iki göyərtəli “Airbus A380” sərnişin təyyarəsi yük bölməsindəki tüstü sensorunun işə düşməsi səbəbindən Bakıya qəza eniş edib. Hava gəmisinin kapitanı Gürcüstanın hava məkanında olarkən Bakı hava limanına eniş siqnalı göndərib. 
"Bakı aeroportu dünyada bu tipli təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və bu cür böyük hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir. Bu, "A380" təyyarəsinin uçuş heyətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdiyi ilk qəza eniş sorğusu deyil", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO