Erkin Qədirlinin iradına spikerdən CAVAB – “Heç kimin sözü kəsilməyib” 

Erkin Qədirlinin iradına spikerdən CAVAB – “Heç kimin sözü kəsilməyib” 

Hazırda oxunan: Erkin Qədirlinin iradına spikerdən CAVAB – “Heç kimin sözü kəsilməyib” 

111230

"Hamının danışmaq hüququ var. İlk dəfə deyil ki, mən çıxışa yazıldıqdan sonra layihələrin səsə qoyulması tələbi qoyulur".

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Erkin Qədirli səsləndirib.

“Bu, yalnız mənə görə olmur, başqa hallarda da olur. O səbəbdən də bəzən bizim çıxış etmək imkanımız olmur”, - deyə deputat əlavə edib.

Spiker Sahibə Qafarova isə parlamentin iclaslarında bütün deputatlara söz haqqının verildiyini bildirib:

“Bu zalda heç kimin sözü kəsilməyib. Müzakirələr kəsilibsə, hamının razılığı ilə olub. Xahiş edirəm bunu nəzərə alın".

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO