Milli Məclisin bu gün keçirilən plenar iclasında Ali Məhkəmə və bir sıra digər məhkəmələrin hakimlərinin təyinatı məsələsi müzakirəyə çıxarılıb.
Bizim.Media xəbər verir ki, müzakirələrdə çıxış edən deputatlar Qüdrət Həsənquliyev və Tahir Kərimli İnsan Hüquqları üzrə sabiq Müvəkkil Elmira Süleymanova ilə bağlı fikirlər səsləndiriblər.
Qüdrət Həsənquliyev Elmira Süleymanovanın əvvəlcədən təsbit olunan müddətdən daha artıq fəaliyyət göstərməsinin Azərbaycanın beynəlxalq reytinqini aşağı saldığını bildirib.
Tahir Kərimli də BAXCP sədrinin fikirləri ilə razılaşıb:
“Həqiqətən BMT-nin İnsan hüquqları komissiyası Elmira Süleymanovanın yaşının çoxluğuna görə Azərbaycan Ombudsman İnstitutunun reytinqini A-dan B-yə salıb”.
Spiker Sahibə Qafarova isə Elmira Süleymanovanın fəaliyyətinin hər zaman Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:41 / 23.12.2022
Elmira Süleymanova sərt tənqid olundu - “Reytinqimizi aşağı saldı”
Hazırda oxunan: Elmira Süleymanova sərt tənqid olundu - “Reytinqimizi aşağı saldı”
Hazırda oxunan: Elmira Süleymanova sərt tənqid olundu - “Reytinqimizi aşağı saldı”
111227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.