Sabirabadda eşşək ətini dağ keçisi adı ilə satan şəxs saxlanıldı

Sabirabadda eşşək ətini dağ keçisi adı ilə satan şəxs saxlanıldı

Hazırda oxunan: Sabirabadda eşşək ətini dağ keçisi adı ilə satan şəxs saxlanıldı

111192

Sabirabad rayonunda uzunqulaq ətini dağ keçisi adı ilə satan şəxs saxlanılıb.  

DİN-nin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb. 

Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO