Ağsuda ucqar dağ kəndində yanğın baş verib

Ağsuda ucqar dağ kəndində yanğın baş verib

Hazırda oxunan: Ağsuda ucqar dağ kəndində yanğın baş verib

11103

Ağsu rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb. Məlumata əsasən yanğın rayonun ucqar dağ kəndi olan Kalva kəndində, Zahid Nuriyevin həyətindəki çardaqda baş verib.

Yanğını söndürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağsu və Şamaxı Dövlət Yanğından Mühafizə hissələrindən ümumilikdə 11 nəfər şəxsi heyət və 2 yanğınsöndürən maşını cəlb olunub.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda dəmirəritmə sexində partlayış - VİDEO


Alovun yaxınlıqdakı evə və mal-qara saxlanan tövləyə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, çardağın xeyli hissəsi və 2,2 ton bağlı otun yarıya qədəri yanıb.

Hazırda yanğının tamamilə söndürülməsi üçün səylər davam edir. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO