182,5 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı

182,5 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı

Hazırda oxunan: 182,5 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı

110992

Bu il 182 milyon 478 min manatlıq narkotik dövriyyədən çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının məlumatında qeyd olunub.

Bildirilib ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 252 kq 377,662 qr və 36427 ədəd narkotik vasitələrin və 2514 ədəd psixotrop maddələrin 2 ton 076 kq 309,233 qr-nı heroin, 1 ton 955 kq 405,929 qr-nı marixuana, 281 kq 525,188 qr-nı tiryək, 28 kq 462,344 qr-nı həşiş, 260,95 qr-nı kokain, 146 kq 743,573 qr-nı və 36427 ədəd həb digər narkotik vasitə və 763 kq 670,445 qr və 2514 ədəd psixotrop maddə təşkil edib.

Həmçinin, göstərilən dövr ərzində 1 kq 819 qr güclü təsir edən maddə, 10 kq 037,6 zəhərli maddə, 70 qr prekursor, 80142 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO