Ramiz Həsənov yeni aparat rəhbəri təyin etdi

Ramiz Həsənov yeni aparat rəhbəri təyin etdi

Hazırda oxunan: Ramiz Həsənov yeni aparat rəhbəri təyin etdi

110896
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub.
 
APA-nın xəbərinə görə, komitə sədri Ramiz Həsənovun müvafiq əmrinə əsasən bu vəzifəyə Arif Əşrəfov gətirilib. A. Əşrəfov noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputat seçilən Elçin Quliyevi əvəz edib. “Dövlət qulluğu haqqında”x9d qanunun tələbinə əsasən E. Quliyevin fəaliyyətinə xitam verilib.
 
Maraqlıdır ki, A. Əşrəfov V çağırış Milli Məclisin deputatı olub.
 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı faktı təsdiqləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO