“Yeddi oğul istərəm”in Cəlalı haqqında kitab yazılır

“Yeddi oğul istərəm”in Cəlalı haqqında kitab yazılır

Hazırda oxunan: “Yeddi oğul istərəm”in Cəlalı haqqında kitab yazılır

110856

Xalq artisti Ənvər Həsənovun həyat və yaradıcılığından bəhs edən kitab yazılır.

Bu barədə Bizim.Media-ya kitabın müəllifi, mədəniyyat yazarı Vasif Ayan məlumat verib. O, bildirib ki, kitabın təqdimatı gələn il olacaq: 

“Ənvər Həsənovla keçən ay evlərində görüşümüşük. İndi də qızı, özü ilə daim əlaqə saxlayıram. Yəqin ki, qarşıdan gələn günlərdə Xalq artisti ilə yenə görüşəcəyik. Kitab avtobioqrafikdir. Orada Ənvər Həsənovun film çəkilişlərindən xatirələri, şəkillər öz əksini tapacaq. Kitabın gələn ilə hazır olacağını planlaşdırmışıq. Artıq iki nəşriyyatla danışmışıq”. 

Müəllif kitabın adının hələ dəqiqləşmədiyini deyib: 

“İdeya 2019-cu ildən var idi, lakin pandemiya, ardınca aktyorun səhhətindəki problemlərə görə yubandı. Kitabın adı isə hələ dəqiq deyil, nəşriyyatla danışmalıyıq. Amma aktyor “Uşaqlığın son gecəsi” filmi ilə daha çox tanınıb, buna görə ona yaxın bir ad düşünürəm”. 

Ənvər Həsənov 1969-cu ildə Adil İsgəndərovun açdığı kino aktyoru kursunu bitirib. O gənc yaşlarından filmlərə çəkilməyə başlayıb və "Yeddi oğul istərəm", "Dərviş Parisi partladır", "Babək", "Atları yəhərləyin", "Uşaqlığın son gecəsi" filmlərində müxtəlif rolları ifa edib. O həm də rejissor kimi “Haray, Xocalım, haray”, “ Tələ” və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “Sönməyən çıraq” sənədli filmlərini çəkib.
İncəsənət xadimi 2000-ci ildə Əməkdar, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Aləmdə Nəsib, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO