"Bakıda qapalı buz meydançası istifadəyə veriləcək" - Nazir

Hazırda oxunan: "Bakıda qapalı buz meydançası istifadəyə veriləcək" - Nazir

110837

“Azərbaycanın cəlb etdiyi idmançılar ölkəmizdə şərait olmadığı üçün xaricdə məşq edirlər”. 

Bizim.Media xəbər verir ki, bunu apa.az-a müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Nazir deyib ki, Qusarda, Qəbələdə və Naxçıvanda komplekslər var. 

“Düzdür, daha çox turizm məqsədi ilə istifadə olunur, ancaq həmin yerlərdə məşqlər də etmək olar. Biz müvafiq federasiya ilə danışmışıq, artıq bu işlərə başlayıblar, ilkin addımlar atılır. Mən də ilk dəfə bu il Qış Olimpiya Oyunlarında iştirak etdim. Təbii ki, həm nazir, həm bir vətəndaş kimi qış idman növlərinin Azərbaycanda inkişaf etməsini istərdim. Biz hazırda bu barədə düşünürük. Danışıqlar gedir və ola bilsin ki, yeni ilin ilk aylarında Bakıda qapalı buz meydançası istifadəyə veriləcək”, - Fərid Qayıbov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO