Deputat Aqiyə Naxçıvanlının qardaşı Yusif Naxçıvanski komaya düşüb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bir müddət öncə onun səhhətində ciddi problemlər yaranıb və o, kliniki ölüm keçirib.
Həkimlərin müdaxiləsindən sonra onu həyatda saxlamaq mümkün olub. Hazırda Y.Naxçıvanskinin Oğuzda ev şəraitində komada saxlanıldığı bildirilir.
Qeyd edək ki, Yusif Naxçıvanski uzun illər Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. Bu ilin iyununda təqaüdə göndərilib.
Aqiyə Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ dairəsindən deputat seçilib. O, Müəllimlər İnstitutunun keçmiş rektoru olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:07 / 21.12.2022
Aqiyə Naxçıvanlının qardaşı KOMAYA DÜŞDÜ
Hazırda oxunan: Aqiyə Naxçıvanlının qardaşı KOMAYA DÜŞDÜ
Hazırda oxunan: Aqiyə Naxçıvanlının qardaşı KOMAYA DÜŞDÜ
110763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.