SOCAR təxribatla üzləşib

SOCAR təxribatla üzləşib

Hazırda oxunan: SOCAR təxribatla üzləşib

11069

SOCAR təxribatla üzşlədiyinə dair açıqlama yayıb.

Bizim.Media-nın məlumatına görə, şirkətin feysbuk hesabı vasitəsilə yaydığı açıqlamada bildirilir ki, SOCAR-ın korporativ nüfuzundan sui-istifadə etmək məqsədi ilə naməlum şəxslər tərəfindən internetdə socar.space ünvanında açılmış saytın mobil versiyasında SOCAR haqqında saxta və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib.

 

MÖVZU İLƏ BAĞLI:

SOCAR Müşahidə Şurasının ilk iclası keçirildi



"Səhifə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədini güdür. Bunun müqabilində vətəndaşlara saxta qazanc imkanı təklif olunur".

"SOCAR tam qətiyyətlə socar.space saytı ilə heç bir əlaqəsi olmadığını, internetdə insanlara bu cür qazanc təklifi etmədiyini bildirir".

"Araşdırma aparıldıqdan sonra saytı yaradan şəxslərə qarşı müvafiq hüquqi tədbirlər görüləcək", - deyə şirkətdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO