Qala-Türkan yolundakı qəzada ölənlərin kimliyi MƏLUM OLDU - YENİLƏNİB 

Qala-Türkan yolundakı qəzada ölənlərin kimliyi MƏLUM OLDU - YENİLƏNİB 

Hazırda oxunan: Qala-Türkan yolundakı qəzada ölənlərin kimliyi MƏLUM OLDU - YENİLƏNİB 

110689

Xəzər rayonu Qala-Türkan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.  

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hundai” markalı avtomobillər toqquşub. 

Hadisədə “VAZ-2107” avtomobilinin sürücüsü 1959-cu il təvəllüdlü Qurban Əliyev, sərnişinləri - 2009-cu il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib.
Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.  Araşdırma aparılır. 

*** 20:03

Bakının Xəzər rayonunda, Qala-Türkan yolunda qəza olub, sürücü və azyaşlı ölüb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən bildirilib. 

Belə ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toquşşub. İlkin məlumata görə “VAZ-2107” avtomobilinin sürücüsü və sərnişini olan azyaşlı ölüb. 
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO