Elxan Nuriyev azadlığa buraxıldı — FOTO

Elxan Nuriyev azadlığa buraxıldı — FOTO

Hazırda oxunan: Elxan Nuriyev azadlığa buraxıldı — FOTO

110668

Bu il oktyabrın 1-də Polşada saxlanılan Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev azadlığa buraxılıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə siyasətçi Qubad İbadoğlu məlumat verib. O bildirib ki, Elxan Nuriyev Polşa məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Qeyd edək ki, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulub.

Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilib.
Onun “Qaranquş” dəstəsinin rəhbəri kimi bir sıra şəxslərin qətlini sifariş verməsi barədə məlumatlar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO