Bakı-Quba yolunun bu gün, dekabr ayının 20-də istifadəyə veriləcəyi barədə məlumat vermişdik.
Qubadan seçilən millət vəkili Vahid Əhmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevə istinadən bu məlumatı Bizim.Media-ya müsahibəsi zamanı bildirmişdi.
Bu gün məlumatı dəqiqləşdirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq.
Nəcəfli məlumat verdi ki, strateji əhəmiyyətli bu yolda son tamamlama işləri görülür:
MÖVZU İLƏ BAĞLI:
Pullu yolun istifadəyə verilməsi təxirə salındı - SƏBƏB
"Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yoılları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya sərhədi yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri son mərhələ olmaqla davam edir.
Aparılan işlər zamanı yolun hərəkət zolağının deformasiyaya uğramış və dağılmış hissələri, yararsız, monolit beton dağıdılaraq ərazidən kənarlaşdırılıb, yol əsasının yararsız qruntu çıxarılıb. Qazıntı işlərı ərazidən asılı olaraq 2 ,5 metr dərinliklə icra olunub.
Daha sonra qazılmış əraziyə yeni və keyfiyyətli qruntun tökülməsi və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yatağı, yeni yol əsasının tikintisi aparılıb.
Kipləşdirmə dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanınn köməkliyi ilə vaxtaşırı nümunələr götürülərək laborator şəraitdə yoxlanılıb”.
Anar Nəcəflinin sözlərinə görə, AYDA rəhbərliyinin birbaşa nəzarəti altıında yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub:
“Bakı-Quba yolunun Quba-Bakı istiqaməti söz verdiyimiz vaxtda, bu ilin sonuna kimi istifadəyə veriləcək. Ona görə də vətəndaşlarımızdan anlayışla qarşılayıb bir az da səbr etmələrini xahiş edirik”.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu